012 520 66 88
    012 520 66 99
      051 411 66 88
        sothysbaku@gmail.com

         

        KOSMETOLOGİYA

        EPİLYASİYALAR

        EPİLYASİYALAR

        Müasir epilyasiyalar - lazer, İPL , işıq terapiyaları vasitəsilə heyata kecirilir. Lazer epilyasiyalara aiddir: Aleksandrit, Diod, ND:YAG Aleksandrit lazer epilyasiyanı əsasən 1-3 fototiplerde, açıq dəridə və əsasən cod qara tüklərdə keçirtmək daha məqsədə uyğundur. Tünd dəridə aleksandrit istifadə olunmur. Çünki bu lazer yalnız melanin piqmenti tərəfinden udulur və buna görə də dəri yana bilər.Nazik və sarı tükler aleksandritle yaxşi yanır.Ümumiyyetle tük nə qeder qaradırsa,coddursa və sıx yerləşibsə enerjini bir o qədər çox udur ve yaxşı yanır. Diod və ND:YAG lazer aleksadritden ferqli olaraq həm melanin piqmenti, hem də dezoksi və oksihemoqlobin müəyyən qeder de toxuma suyu tərəfindən udulur.Ona görə də tünd və qaralmış dəridə bu epilyasiya növləri daha effektivdir. Lazer eləməmişdən qabaq dəri təmiz olmalıdır.Dəri tamlığı pozulmamalıdır.Lazer prosedurlarından 1 ay öncə və 1 ay sonra günəş vannalarına icazə verilir.SPF kremlərindən istifadə edilməlidir.2-3 gün su ilə kontakt olmaz .Təxminən 1 il ərzində 8-10 prosedur kurs şeklində olur.

        LPG

        LPG

        LPG - aparatı bədən korreksiyası,sellülit və lokal piylənmənin müalicəsi üçün ən məhşur və effektiv cihazlardan biridir.Bu aparat vasitəsilə bədənin müxtəlif nahiyyələrində artıq piy toplantılarını aradan qaldırmaq,həcmin və ölçülərin kiçilməsini əldə etmək mümkündür.LPG - masaj,yumşaq və limfa drenaj təhklükəsiz üsullardan biri kimi istifadə olunur.Dərinin,qan damarlarının və əzələlərinin dərin təsiri əsasında unikal masaj edir,toksinləri aradan qaldırır,üz və boyun toxumalarını müalicə edir.Bundan əlavə qan axını artır,maddələr mübadiləsi sürətlənir.Bu prosesin nəticəsi bədən quruluşunun həcmini azaldır və sellüliti müalicə edir.LPG-prosedurunda xüsusi kostyum geyinilir,krem və ya masaj yağlarından istifadə edilmir.Prosedur 35 dəqiqə davam edir.Heftede 1-2dəfə olmaqla 8-10prosedur etmək olar.LPG prosedurundan sonra hec bir göyərmələr olmur və hər hansı bir anestiziya tələb etmir.

        SOLARIUM

        SOLARIUM

        HPO – Exotik – Solarium aparatı - Açıq Solarium Solarium HPO Exotic – Yüksək təzyiqli lampalara malik olan açıq formalı vertikal solyariumla siz ilk seansdan qaralma effektini hiss edəcəksiniz. . "Solyari cihazları insanlar tərəfindən yaradıldığı üçün solyaridə olan şüalar da insan sağlamlığına ən uyğun şəkildə filtr edilir və dəri tipinə görə nizamlanır. Solyari cihazları günəşin həddindən artıq və zərərli şüalarına məruz qalmadan qaralmaq istəyən insanlar üçün alternativ bir üsuldur. Hər kəs doğulduğu zaman genetik olaraq dəri rənginə sahib olur. Zamanla dərinin rənginin dəyişməsi isə günəş şüalarından asılıdır. Əslində solyari günəşdən daha təhlükəsizdir. Solyarinin istilik dərəcəsi insan tərəfindən nizamlana bilindiyi üçün günəşdə qaralma zamanı meydana gələn dəri yanmaları, suluqlamalar, soyulmalar solyaridə görülmür. Normal qaralmaq üçün həftədə 1 dəfə olmaqla 5-8 seans kifayət edir. Solyari ilə qaralan insanların dərisi günəş qarasından az da olsa fərqlənir. Belə qaralmalar daha parıltılı və eynitonlu olur. Dərinin intensiv qaralmasını təmin edən xüsusi lampalar yüksək kefiyyətə zəmanət verir. Güclü ventilyasiya sistemi və geniş yer rahatlığınızı və komfortunuzu təmin edəcək

        İMPERİUM

        İMPERİUM

        (üzə qulluq,liftinq,qeyri-invaziv mezoterapiya ) Dərinin ultrasəslə təmizlənməsi - ultraqısa dalğalarla təsir etməklə dərinin qeyri - travmatik təmizlənməsi üsuludur. Dəri tonik və ya xüsusi gel ilə işləndikdən sonra xüsusi kosmetik aparat olan dalğa generatorunun təsirinə məruz qalır. Bu prosedura nəticəsində dəridəki məsamələr açıldıqdan sonra, onların daxilindən səthinə qalxan çirklər xaric olunur. Ultrasəs təmizlənməsi həmçinin,dərini də hamarlaşdıraraq dəridəki qırış və çapıqların daha az nəzərə çarpmasına səbəb olur,dəridəki məsamələri daraldır,piy vəzilərindən piy ifraz edilməsini tənzimləyir.Ultrasəsli təmizləmə təravətini itirməyə başlamış dərinin cavanlığını qoruyub saxlamaq üçün ideal üsul hesab edilir.

        JET PEEL

        JET PEEL

        JET PEEL (oksigen-maye qarışığı ilə dərinin cilalanması,nəmləndirilməsi,liftinqi və qeyri-invaziv mezpterapiya ) Dərinizin sağlam və parlaq görünməsini təmin etmək məqsədi ilə Sothys Paris Estetik Mərkəz Jet Peel aparatını sizin bu arzularınızı gerçəklişdirmək üçün təqdim edir. JetPeel-qaz-mayeelaqəlidərimüalicəsi üçünistifadə olunanaparatdır. Maye damcılarının və hava axının yüksək sürəti nəticəsində işləyən aparat 4-ü 1-də effekti yaradır. Pillinq və dərin nəmlənmə- dəri və çapıqların hamarlanması; Cavanlaşma – Piqment ləkələrin və kiçik qırışların yox olması; Masaj –güclü soyuq oksigen masajindan sonra dərinin qan dövranı artır əvvəki sağlamlığını bərpa edir. Qeyri invaziv mezoterapiya – dərmanın dəriyə birbaşa olaraq inyeksiyasız yeridilməsi; bütün dəri növləri üçün nəzərdə tutulan prosedur və heç bir əks göstəriciyə malik deyil və dərinin bərpa dövrü hipermiya və qabıqlanmasız keçir. Gosterişler: -Kamedon -Əzələ tonusun azalması -Üzdə şişkinlik -Çapıq,striyalar -Səthi qırışlar -Solğun dəri Nəticədə: -Dəri hamarlaşır -Parlaq,təmiz olur -Əzələ tonusu artır

        PİLİNQ

        PİLİNQ

        Pilinq dərinin üst təbəqəsini təmizləyərək yerinə təzə gənc dəri gəlməsini təmin edir.Nəticədə dəriniz parlaqlıq qazanar və rəngində yüngül bir açılma olar.Ləkə və sızanaq müalicəsində isə verilən müalicələrə köməkçi olaraq dərinin əvvəlki sağlamlığına qovuşmasına kömək edər,yaxşılaşma müddətini sürətləndirər.Pilinq ayrıca anti-aging imtina edilməz bir parçasıdır,üzdə yaranan səthi qırışların ,ləkələrin təmizlənməsini təmin edir.Pilinq əksəriyyətlə bəzi meyvə turşularının istifadə edilməsiylə tətbiq olunan bir növ dəriyə qulluq və yenilənməsi əməliyyatıdır. Pilinqin dərinizə qazandırdıqları Dərimiz bəzi təbəqələrdən meydana gəlir.Ən üst təbəqədə ölü dəri hüceyrələri ilə yağ təbəqəsi var və gündəlik makiyajınızın qalıqları,toz və hava çirkliliyi hissəcikləri buraya yapışıb qalır. Sızanaqlı və yağlı dəriyə sahib kəslərdə sızanaq meydana gəlməsində rol oynayan dəri tıxacları da bu təbəqədə meydana gəlir.Ləkəli dərilərdə isə tündləşməyə səbəb olan rəng hüceyrələrinin bəziləri bu təbəqədə yığılır.Pilinq üstdəki problemli təbəqəni təmizləyir və altdan yeni dəri hüceyrələrinin inkişafını təmin edir.Beləcə altdan gələn yeni sağlam dəri hüceyrələri dərinin üst qismi ilə örtülmüş və dəriniz yenilənmiş olur. Anti-agingin imtina edilməz pilinqi Pilinqin dərini yeniləyici təsiri şübhəsiz cavanlaşdırıcı təsirə də malikdir.Xüsusilə səthi qırışların müalicəsində təsirli olub,bütün üzə tətbiq üçün üzünüzün hər bölgəsinin eyni xüsusiyyətlərə sahib olmasını təmin edir.Dəridəki regional fərqlilikləri aradan qaldıraraq daha gənc bir görünüş verir. Pilinqdən əvvəl və sonra pilinqdən təxminən 3 gün əvvəl və 5 gün sonra dərinizi qıcıqlandıra biləcək tətbiqlərdən qaçınmaq lazımdır.Dərinizi yüngül təmizləyicilərlə lazım olsa təmizləməniz məsləhətdir.Ayrıca pilinq əvvəli və sonrası günəş vannası qəbul etmək olmaz.Bu səbəblə pilinq daha şox payız və qış aylarında tətbiq olunur.Pilinqdən sonra hüceyrələr yenilənir və oksigenlə təmin olunur,qan dövranı sürətlənir. Mexaniki,fiziki və kimyəvi pilinqlər vardır : Mexaniki pilinq - qaz,maye pilinqi,vakuum pilinqi,US pilinq,mikrodermobraziya. Fiziki pilinq - krioterapiya və lazer cilalanması. Kimyəvi pilinq - ferment,turşu. Pilinqlər dərinliyinə görə səthi,orta və dərin olur : Səthi pilinqlərə göstərişlər :-- Hiperpiqmentasiya,dəri yaşlanması,akne səpgiləri,yağlı dəri,keratoz,striyalar. Orta və dərin pilinqlərə göstərişlər: -- ciddi yaşlanma əlamətləri,keratoz,hiperpiqmentasiya,striya və çapıqlar. Səthi pilinqlərdə -- qlükol pilinqdən istifadə olunur.Həftədə 1 dəfə 6-10 seans etmək olar. Orta pilinqlərdə -- TSA,retinoid,fenoldan istifadə olunur.Ayda 1 dəfə 3-5 seans etmək olar. Fenol pilinqi - striyalarda istifadə edilir. Retinoid pilinqləri - bazal qatı hüceyrələrin yenilənməsində daha aktiv iştirak edir.Fibroblast kollagen,elastin liflərinin yenilənməsi proseslərinə birbaşa təsir edir. Qlükol turşusu - (5-10%-li) dərini nəmləndirir,hiperpiqmentasiyanı aradan qaldırır,keratinizasiyanı normallaşdırır.Kollagen,elastin əmələ gəlməsi prosesini sürətlədirir.Dermada hüceyrəarası maddənin miqdarı artdığına görə səthi qırışlar açılır. Salisil turşusu -- aknedə istifadə edilir.Keratolitik və iltihab əleyhinə effektə malikdir

        PRP

        PRP

        PRP | Plazma Müalicəsi | Kök Hüceyrə köməyi ilə dəri cavanlaşma | Dəri Yeniləmə PRP nədir? ( Platelet Rich Plasma ) " Platelet Rich Plasma " Platelet ( trombosit ) cəhətdən zənginləşdirilmiş plazma tətbiqi adı verilən üsulun baş hərflərindən ibarət olan qısa addır. Adamdan alınan az miqdarda qan santrifuqadan ( komponent əsasında təhlil etmək üçün müəyyən bir sürət və müddət çevirmə ) kecirilir. Sentrifuqa tətbiq olunan qan xüsusi bir balon içərisində qırmızı qan hüceyrələrinin , komponentlərinə ayrılması və əldə edilən az miqdardakı " Platelet cəhətdən zənginləşdirilmiş plazmanın " yenə eyni adama dəri cavanlaşma məqsədli inyeksiya yolu ilə geri verilməsi əməliyyatıdır. PRP , "bədəndə inyeksiya edildiyi bölgələrdə , kök hüceyrələri xəbərdar edib aktiv hala keçirərək toxumaların yenilənməsinə köməkçi olan bir sistemdir " deyə təsvir edilə bilər. Trombositlər ; bədənimizdəki zədələnmiş toxumaların təmirini və təbii hallarına dönmələrini təmin etmək üçün lazımlı olan və böyümə faktorlarını quruluşunda saxlayan qan komponentidir. PRP müalicəsinin məqsədi isə bu hədəf toxumaya qan dövranı ilə daşınacaq olandan daha çox sayda trombositləri verə bilməkdir. Beləlikle zedelenmiş toxumanin təmiri sürətlə və güclü bir şəkildə başlayaraq daha tez nəticələnər. Səbəbi isə PRP ilə əldə edilən trombositlərin sıxlığı qandakindan 4 qat çox olmasıdır. Estetik məqsədle tətbiqlərdə : üz , boyun , dekolte , əllər ,ayaqlar, qollar kimi bədən bölgələrinə tətbiq oluna bilər. Yüzdə və bədəndə lifting təsiri təmin edir . Saç tökülməsi müalicəsində tək başına və ya digər müalicələrə köməkçi olaraq istifadə edilə bilər. Dəridə illərcə ultrabənövşəyi ( infraqırmızı) şüalarına məruz qalmanın nəticəsində yaranan qırışların düzəlməsi ,lekelerin aradan qaldırılması , elastiklik və parlaqlığın kazandırılmasını təmin etmək üçün istifadə edilə bilər. PRP ( Platelet Rich Plasma ) , üz gərginləşdirmə , qırışların azaldılması və doldurulması , kontur düzəltmə , zəifliyə azaldılması , ləkə müalicəsi və yaşlanmağı gecikdirmə kimi bir çox sahədə istifadə edilə bilər.Bu tətbiqdən sonra dərinin gərginliyi və nəmliliyi artarkən qırışlar ilə açıq məsamələrin sayı azalmaqdadır. PRP ilə saç tökülmə müalicəsi:PRP saç tökülməsinin qarşısını almaqda istifadə edilən ən yeni və ən müvəffəqiyyətli üsullardan biridir. Bu üsul ilə inanılmaz nəticələr almaq mümkundur: saçlarda qalınlaşma , sıxlaşma , tökülmenin tamamilə dayanma və yeni saç meydana gəlməsi müşahidə edilir. PRP tətbiqində , hədəf bölgəyə qan vasitesile çox daha çox sayda Platelet və böyümə faktorlari daşinir. Böyümə faktorları kollagen və Hialuron turşusu istehsalını artıraraq saç köklərinin qüvvətlənməsini, tökülməsinin tamamilə dayanmasını, saçların sıxlaşıb gurlaümasini təmin edər. PRP ilə saç tökülmə Müalicəsi Hansı Hallarda təsirlidir ? -Kişilerde -Qadinlarda -Genetik saç tökülməsi problemi varsa , -Yağlı , kəpəkli və qaşıntı verən saç problemi varsa , -Qırılaraq saç tökülməsi olan incə və zəif telli saçlarda -Alopesiya -Dəmir,Tiroid hormon catişmamazliqi -Doğum sonrası tökülmələr 15 gündə bir ediləcək 3 və ya 4 tətbiqdən sonra 10-12 ayda bir təkrarlansa müalicələr təsiri qalıcı bir cavanlaşdırıcı təsirə bərabərdir. PRP necə əldə edilir? -PRP , adamın öz qanından əldə edilir . Adamın öz qanı alınaraq müəyyən dövr sürətindəki sentrifuqadan müəyyən müddət çevrildikten sonra balonun müəyyən bir yerində platellet deyilən hüceyrələrdən zəngin olduğu müəyyən olunmuş maye bölgə steril şərtlərdə şprise çəkilir. Əldə edilən PRP həlli xəstənin lazimi nahiyesine sterilliye riayet olunmaq şerti ile yeridilir. Yarım saatdan daha qısa bir müddətdə tətbiq olunan bu əməliyyat , cərrahiyyəsi və anestezisiz bir şəkildə klinik sübut çox yaxşı nəticələr alınmasını təmin edər.

        ELOS ( CAVANLAŞMA)

        ELOS ( CAVANLAŞMA)

        Elos cavanlaşma – son inqilabi texnoloji dəri cavanlaşması metodudur.Bu üsul qırışları,ləkələri,çapıqları(aknedən sonra üzdə yaranan çapıqları),striyaları,xırda damar qüsurlarını aradan qaldırır.Prosedur ağrısızdır,heçbir xüsusi hazırlıq tələb etmir.Bir kurs 3-5 seansdan ibarətdir.Bir kursdan sonra dəri hamar,parlaq,elastik olur.Hüceyrələrdə maddələr mübadiləsi aktivləşir,məsamələr daralır və nəticədə qırışlar aradan qalxır.Bu prosedurdan sonra 10 hətta 15 il cavanlaşma effekti verir.Üz,boyun və dekolte nahiyyəsində proseduru tətbiq etmək olar

        MEZOTERAPİYA

        MEZOTERAPİYA

        MEZOTERAPİYA - effektivliyi bütün dünyada sübut olunmuş estetik təbabətin bir qoludur.Müxtəlif müalicəvi məqsədlər üçün nəzərdə tutulmuş preparatlar iynə vasitəsilə birbaşa dərinin dermal qatına yeridilir.Bu vasitənin istifadəsi zamanı preparatın ümumi qan dövranına sovrulub qaraciyər-böyrəklər vasitəsilə xaric olunması faizi çox az olduğundan yerli effekt daha səmərəli olur.Mezoterapiyadan xrono və fotoyaşlanmada,sızanaqlar,kuperoz,saç tökülməsi(alopisiya),striya və çapıqların,sellilutin müalicəsində,kimyəvi pilinqlərə hazırlıq mərhələsindəistifadə olunur.Nəticədə dəri daha canlı, parlaq ve hamar olur.Müalicə məqsədi ilə müxtəlif komponentlərdən ibarət kokteyllər hazırlanır.Ən çox tətbiq olunan komponentlər bunlardır: 1.Vitaminlər(askorbin turşusu,B qrupu vitaminləri və s.) 2.Amin turşular(L-ornitin,L-fenilalonin) 3.Müxtəlif aktiv maddələr(hialuron turşusu) 4.Heyvan və dəniz mənşəli ekstraktlar(kollagen,elastin) Burada istifadə olunan medikamentlər vitamin, mineral ve DNT sintezinə qatılan aktiv maddələr olur. Bu maddələr dəri metabolizminə qatilmaqla hüceyrə yenilənməsi və kollagen sintezini aktivləşdirir.Seanslararasi interval 7 gün olmaqla, minimum 5, maksimum 10 seans tələb olunur.

        BOTOKS

        BOTOKS

        İnsan üzü yaş iləəlaqədar olaraq yaş artdıqca qırışlar ortaya çıxmağa başlayır.Bu qırışları aradan qaldırmaqüçün botoksdan istifadə edilir.Botoksda Clostridium Botulinum adlı bakteriya tərəfindən ifraz olunan botilinum zülalından istifadə olunur.Əzələ təqəllüsü zamanı asetil-xolin ifraz olunur.Botoks preparatıəzələyəvurulduqda Asetil -xolinin ayrılması baş vermir.Nəticədə əzələlər donur,işləmir,mövcud olan mimiki qırışlarda açılma baş verir. Botoksa göstərişlər:üzün yuxarı 1/3 hissəsində hiperkinetik qırışlar,hiperhidroz(çoxlu tərləmə) Botoksdan sonra 1 saat ərzində aktiv fiziki hərəkətlər,isti prosedurlar(solyari,sauna) olmaz.Effekt 2 həftədən sonra bilinir.Minimum 6 ay,1 ildən sonra təkrar botoks vurmaq olar.

        KONTUR PLASTİKASİ

        KONTUR PLASTİKASİ

        Məlumdur ki, hialuron turşusu dərinin əsas tərkib hissələrindən biri olub dəriyə həcm verir və onun hidratasiyasını (mayeni özündə saxlamaq qabiliyyətini)təmin edir.O,orqanizimdən hialuronidaza fermentinin və sərbəst radikalların təsiri altında metobolizməuğrayanda korbon qazı ve suya parçalanır.Hialuron turşusu öz ölçüsündən 700 dəfəçox su molekullarını tutub saxlamaq qabiliyyətinə malikdir.Bu dəriyə həm nəmlilik, həm də həcm verir.Hialuron turşusu biotexnoloji yolla streptakokların fermentasiyasından alınır.Bu yolla alınan hialuron turşusu özündə zülal saxlamadığıüçün orqanizmdə hiç bir allergik reaksiyaya səbəb olmur və dərinin komponentlərinin kimyəvi tərkibinə tam uyğundur.Hialuron turşusu tərkibli preparatlar qırışların korrerksiyasından tutmuş üzün ovalının düzəldilməsinə qədər müxtəlif problemlərin həlli üçün istifadə olunur.Prosedurun effekti 6-12 ay qalır vəbundan sonra onu yenidən təkrarlamaq lazım gəlir.Beləliklə,hialuron turşusu tərkibli preparatlardan göz və ağız bucağı ətrafı səthi və dərin qırışların korreksiyası,dodağa həcm vermək,dərini nəmləndirmək və onun elastikliyini təmin etmək üçün istifadə olunur. Kontur plastikası bizə qısa zaman ərzində gənclik və gözəlliyimizi geri qaytarmaq kimi unikal bir imkan yaradır. Kontur plastikası - dərin qırışların aradan qaldırılması, gözətrafı halqalar və mimiki qırışların hamarlanması, itirilmiş dəqiq konturların, dodaqların forma ve həcminin bərpa edilməsindən ibarət kompleks bir prosedurdur.