012 520 66 88
    012 520 66 99
      051 411 66 88
        sothysbaku@gmail.com

         

          " Fitness - həyat keyfiyyətini təmin edir. " Fitness ingilis dilindən tərcümədə "sağlam və formda olmaq" deməkdir. Bu təkmilləşdirmə metodu bədənin forma və çəkisinin dəyişməsinə və möhkəmlənməsinə imkan yaradır. Bu metoda fiziki məşqlər və düzgün seçilmiş pəhriz daxildir. Lakin fitnes yalniz fiziki məşq deyil, eyni zamanda öz üzərində reallaşmış qələbə, sevinc və qürur hissi ilə dolu bir həyat yoludur. Fitnes hərəkətləri fərdi olaraq bədənin forma və çəkisinə uyğun olaraq seçilir. Fitneslə yaş həddi olmadan istisnasız hamı və hətta hamile qadinlar belə məşğul ola bilər.

          İdman zalı

          İdman zalı

          İdman zalı peşəkar avadanlıqla təchiz olunub. Trenajorlar vasitəsilə maksimum nəticə almaq və minimum zədə alma riski ilə ürəyiniz istəyən vücuda sahib ola bilersiniz Zal rahat, böyük kondisioner sistemi ilə tərtib olunub. Zalin təlimatçısı öz professional məsləhətləri ilə sizin məşqinizi təhlükəsiz və daha effekli edecek.

          Kallanetika

          Kallanetika

          Kallanetika ariqlamanın, cavanlaşmanın, və şəfanın inanılmaz gözəl bir yoludur. Gözəl bədən cizgiləri yaratmaq və qorumaq üzrə kallanetikaya birinci yeri vermək olar. Artiq bu metoddan istifadə edənlər kallanetikaya heyran olmuş və qisa zamanda alınmış neticədən çox razi qaliblar. Kallanetika yoqa asanalarindan (hərəkətlərindən) əsaslanaraq 29 statik hərəkətlərdən ibarətdir. Kallanetikanın mahiyyəti sadədir: heç bir qəfil, tullanma hərəkətləri olmadan, tərləmədən , tənginəfəs olmadan ariqlamağa daha bir addım yaxın olacaqsınız. Hər bir hərəkət eyni vəziyyətdə müəyyən bir vaxt donub qalmaqdan ibarətdir. Görünüşünün asan və yararsız olması aldadıcıdır. Məşq zamanı gərginlikdən əzələlərin titrəməsi hərəkətin doğru icra edildiyindən xəbər verir. Kallanetikanın təsiri onunla izah olunur ki, hərəkətlər zamanı daxili əzələlər çalısmağa başlayır. Və məhz bu səbəbdən bədəndəki artıq yağların ərimə prosesi sürətlənir. Ən nəzərə çarpan nəticələr isə qarın və bel nahiyyəsində müşahidə olunur. Kallanetikayla məşğul olmaq yalnız arıqlamağa yox, hətta orqanizmin cavanlaşmasına da kömək edir. Bədən daha elastik olur, qamət daha da gözəlləşir, dəri və üzün rəngi daha da təravətli və cəlbedici olur

          Aerobika

          Aerobika

          Aerobika musiqi müşayiəti ilə bir sıra hərəkətlərin icra olunmasıdır. Aerobikanın faydaları şübhəsiz çoxdur. Müntəzəm məşqlər ürək-damar və tənəffüs sisteminin güclənməsinə yardım etməklə yanaşı, maddələr mübadiləsinin aktivləşməsinə, dəri və əzələlərin elastikliyinin inkişafına səbəb olur. Faydalı təsirləri sinir sistemində, eləcə də ümumi sağlamlıqda da müşahidə olunur. Qadınların böyük əksəriyyəti sırf arıqlamaq üçün aerobikaya üz tutur. Ardıcıl məşqlər həqiqətən kalori yandırmağa və artıq çəki itirməyə kömək edir. Lakin gözəgörünən nəticələr əldə etmək üçün məşqlərə bir qədər zaman ayırmaq və səbrli olmaq lazımdır. Əgər məqsəd qısa vaxta arıqlamaqdırsa, o zaman aerobikayla yanaşı trenajor zalında da məşğul olmaq daha məqsədəuyğun olar. Aerobika oturaq həyat tərzi sürən, az hərəkətdə olan, hərəkəti sevməyən insanlarda fiziki formanı yaratmaq və ya qorumaq üçün çox əlverişli bir yoldur.

          Azərbaycan rəqsləri

          Azərbaycan rəqsləri

          Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Dünyanın bir çoх inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai хalq musiqi alətləri meydana gəlməzdən çoх-çoх əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müхtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insangücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət reqslərlə həyata keçirirdilər. Beləliklə, dünyanın bir çoх yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müхtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan хalq rəqslərindən götürüb. Rəqs sənəti хalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir. Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var. Azərbaycanıın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla Milli rəqsi xeyli inkişaf etdirə biliblər. Bu rəqslər vasitəsilə hər kəs öz daxilində mənini tapır, xalqına məxsus olan mənəvi-əxlaqi dəyərləri dərk edə bilər.