012 520 66 88
    012 520 66 99
      051 411 66 88
        sothysbaku@gmail.com

         
          DUŞ

          DUŞ "VİŞİ"

          Duş "Vişi" (Vichy) unikal bir “Filiform” adlanan duşdur. Onun damcıları sap kimi nam-nazikdir. Latın sözü "Filiforms" “sapa bənzər” kimi tərcümə olunur. Onun suyu yüngül yay yağışına bənzəyir.Vişi duş su prosedurlarının effektliyini və maksimal relaks prosesini təmin edir.Bu zaman siz həm talassoterapiya,həm də masaj prosedurunu qəbul etmiş olursunuz.Bu da öz növbəsində qan dövranını nizamlanmasını,toksinlərin bədəndən kənarlaşdırılmasını,əzələlərin möhkəmləndirilməsini,yorğunluğun çıxarılmasını,kalit,mədə xorası,qalxanabənzər vəzi və nevroz xəstıliklərinin müalicəsini təmin edir.Suyun təzyiqi və temperaturu əldə etmək istədiyiniz nəticəyə uyğun olaraq tənzimlənir.Prosedur 15-30 dəq. davam edir.

          İNFRAQIRMIZI SAUNA

          İNFRAQIRMIZI SAUNA

          İnfraqırmızı sauna insanların rahatlaşmasına şərait yaradır. İnfraqırmızı saunada özəlliyi ondan ibarətdir ki,kabinada kəskin istilik yoxdur,infraqırmızı şüalar istiliyi bütün kabinəyə deyil ,yalnız bədəninizə ötürür. İnfraqırmızı sauna dərinin itirdiyi elastikliyi və yumşaqlığı təkrar qazandırar, gözəlləşdirər. İmmunitet sistemini gücləndirir, bədən müqavimətini artırar. Ağrıları aradan qaldırır və ya yüngülləşdirə

          BÜRÜNMƏ

          BÜRÜNMƏ

          BÜRÜNMƏ -qadınlara özunə məxsus rahatlıq və dəriyə ən gözəl qulluq vasitələrdən biridir .Bürunmə vasitəsilə şişkinlik aradan qalxır, qan dövranı yaxşılaşır,maddələr mübadiləsini güclənir. Bürünmə həmdə bədən konturlarını hamarlaşdıraraq seluliti daha aydın edir, "portağal qabığı" ilə mübarizə aparır, dərinin tonusunu yüksəldir, nəmləndirir, cavanlaşdırır

          DUŞ

          DUŞ "ŞARKO"

          DUŞ "ŞARKO" Şarko duş su proseduru su prosedurları arasında özünəməxsus yer tutur.Bu prosedur yüksək təzyiqli isti və soyuq sun axını vasitəsilə həyata keçirilir.Bu zaman qan dövranı yaxşılaşır,əzələlərdəki gərginlik aradan qalxır,bədənin tonusu yaxşılaşır,enerji mübadiləsi artır,dərialtı yağlar əriyir.Şarko duş ostroxandroz,nevroz,ürək-damar xəstəlikləri,tənəffüs sistemi xəstəliklərini müalicə edir.Prosedur 15-20 dəq.-dən ibarətdir

          THALATEPEE

          THALATEPEE

          Sehirli bir atmosfer yaradan Thalatepee ən yüksək tələblərə cavab verir.Bizim cari həyat tərzimiz bizi tez-tez stress və təzyiq altinda qoyur.Ekskluziv kabin Thalatepee-nin ətri ,rəngi,musiqisi,mühiti,rahatlığı insan bədəni və ruhu üçün ən yaxşı təbii müalicələrdən biri olduğunu sübut edir.Çoxfunksiyalı Thalatepee-də türk,rus,fin,roma hamamı sauna , istilik su sxemləri və ən dəbli masaj üsulları vardır. Hər 1 proseduru unudulmaz edəcək rütubətin səviyyəsini müştərinin seçiminə görə tənzimləmək olar.Hətta ən tələbkar müştərinin belə bütün ehtiyacını təmin edir.

          HİDROMASAJ

          HİDROMASAJ

          Müasir rahatlıq və çox gözəl effektə malik olan hidromassaj qan dövranını yaxşılaşdırır,əzələ və bel ağrılarını aradan qaldırır,stressi çıxardır,dərini elastik edir.Prossedur 20 dəqiqə davam edir.

          İSTİ DAŞLARLA MASAJ

          İSTİ DAŞLARLA MASAJ

          İsti daşlarla masaj Spa salonlarının ən tələb olunan prosedurlarının birinə çevrilib.Ecazkar daş masajı ağır iş günlərindən sonra sizə rahatlanmağa,yuxunuzu və daxili balansınızı normalaşmağa kömək edecək.Dəriyə enerjinin ötürülməsi üçün xüsusi bitki yağlarınan istifadə olunur.İsti daşlarla masaj qan dovranını nizamlayir,müxtəlif nov ağrıları,narahatlıq və gərginliyi,yuxusuzluğu,depresiyanı aradan qaldırır.

          İYASHİ DOME

          İYASHİ DOME

          Ən son texnalogiya olan İyashi dome-ariqlama aparatı qisa 1 vaxtda ariqlatmaq effektinə malikdir. Prosedurun təsiri 20 km qaçışa bərabərdir. Tərləmə vasitəsilə bədəndən 1,2 litrə qədər maye azad olunur.Bu tərləmə prosesində insan bədənində yerləşən toksinleri ,duzları, süd və yağ turşusunu orqanizmdən təmizliyir.İyashi dome-un özəlliyi ondan ibarətdir ki,mikroelementlər tər vasitəsilə orqanizmdən xaric olunmur.Cihazla əldə edilən nəticə dəri keyfiyyətini yüksəldir.Həftədə 2 dəfə olmaqla 30 dəqiqə ərzində 1 kq arıqlaya bilərsiniz.

          THALAXOTERM

          THALAXOTERM

          Thalaxoterm Thalaxoterm istirahət və mənəvi harmoniya tapmaq üçün ən yaxşı təbii müalicələrdən biridir.Thalaxoterm aromaterapiya, stress və əsəb gərginliyini azad edir. Terapiya , buxar hamamı , Thalassoterrapiya,dəniz yosunları, palçıq və xüsusi otlar ilə mənəvi harmoniya yaradan effektiv müalicə üsullarından biridir.

          MASAJ

          MASAJ

          Masaj ən qədim sağlamlıq üsullarınan biridir.Masaj qan dövranını nizamlayir,əzələləri boşaldır,həzmə kömək edir,piy ifrazat funksiyalarını və oksidləşmə prosesini gücləndirir .Masajda istifadə olunan ətirli bitkilərin efir yağları dəri üçün effektiv müalicəyə malikdir.